DÜNYA

21 Dekabr

Fransa vətəndaşlarının qayıdışına 2 günlük qadağa qoyuldu

Bakı 21 dekabr Fins.az

Fransa Böyük Britaniyadan gələn vətəndaşlarının ölkəyə gəlişini 48 saat müddətinə dayandırıb.

Bu qərar Fransa Müdafiə Şurasının iclasında qəbul edilib.

Bildirilib ki, bu müddət ərzində Böyük Britaniyada mutasiyaya uğramış koronavirusun yeni növünə qarşı qaydalar müəyyənləşdiriləcək. Milad bayramı münasibətilə ölkəyə qayıdan fransız vətəndaşları dekabrın 23-dək gözləməlidirlər. Həmin tarixdən etibarən Böyük Britaniyada PCR testi edənlər Fransaya daxil ola biləcəklər. PCR testi məcburidir və ölkəyə qayıdış üçün əsas şərtlərdən biri hesab olunur. Eyni zamanda, bu müddət ərzində Avropa İttifaqına üzv dövlətlər arasında bu məsələ ilə bağlı koordinasiya yaradılacağı da bildirilib.