Rusiyada ötən gün 29 350 koronavirus xəstəsi aşkar edilib.
Ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 877 727 nəfərə çatıb.
Bir gündə 19 705 nəfər sağalıb, 493 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 2 295 362 xəstə sağalıb, 51 351 nəfər ölüb. Hazırda ölkədə 531 014 nəfər COVID-19 xəstəsi var.
Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 7797 nəfər artıb.
COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.