DÜNYA

21 Dekabr

500 milyon dollar kredit

Bakı 21 dekabr Fins.az

Dünya Bankı (DB) 2021-ci ildə Özbəkistanda sosial-iqtisadi sahədə aparılacaq islahatlar, həmçinin koronavirusun nəticələrinin aradan qaldırılması üçün 500 milyon dollar kredit ayırıb. Bunu Dünya Bankının Özbəkistandakı nümayəndəliyi açıqlayıb. Bankın bu ölkədəki nümayəndəliyinin rəhbəri Marko Mantovanelli jurnalistlərə bildirib ki, bu vəsait rəsmi Daşkənd tərəfindən qeydiyyat rejimindəki məhdudiyyətlərə son qoyulması, qadınların təhlükəsizliyinin yaxşılaşdırılması, onlar üçün iqtisadi imkanlar yaradılması, gəliri az olan ev təsərrüfatlarının sosial müdafiəsi COVID-19 pandemiyası dövründə əhalinin aztəminatlı təbəqəsinə öz müsbət təsirini göstərəcək.

Xəbəri BBC “News” verib.