DÜNYA

21 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Dünya Logistika Pasportu təşəbbüsünə daha bir ölkə qoşulub

Bakı 21 dekabr Fins.az

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Avropa və Asiya arasında ticarət habını möhkəmləndirmək məqsədilə elan etdiyi Dünya Logistika Pasportu (WLP) təşəbbüsünə daha bir ölkə qoşulub. BƏƏ-nin Dubay Limanları Departamentinin və Azad Ticarət Zonasının rəhbəri Sultan Əhməd bin Sulayim bildirib ki, Qazaxıstan Kolumbiya və Seneqaldan sonra bu yeni təşəbbüsə qoşulan 3-cü ölkə olub. Braziliya, Uruqvay və Cənubi Afrika Respublikası isə layihənin tərəfdaşları qismində çıxış edir.

Azərtac xəbər verir ki, nazir qlobal ticarətin ən mühüm mərkəzlərindən biri olan yeni təşəbbüsün inkişaf etməkdə olan bazarlar arasında ticari imkanların artırılması məqsədi daşıdığını deyib. WLP təşəbbüsünə qoşulacaq Asiya, Afrika və Latın Amerikası ölkələri yeni logistik imkanlar əldə etməklə azad ticarət zonasından daha çox faydalana biləcək, öz mal və məhsullarını sərfəli şərtlərdə Avropa və Asiya bazarlarına daşıyacaq.

Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov isə bildirib ki, onun ölkəsinin hökuməti “Bir kəmər, bir yol” təşəbbüsü ilə Dünya Logistika Pasportu layihəsi arasında əlaqələndirici rolunu oynaya bilər. O əlavə edib ki, mühüm strateji əhəmiyyətə malik olan digər ölkələrin də WLP təşəbbüsünə qoşulması gözlənilir.