DÜNYA

18 Dekabr

Putinə qarşı qadağalarla bağlı məhkəmə qərar verdi

Bakı 18 dekabr Fins.az

 

Rusiya Prezidenti Vladimir Putin yaxın iki ildə dünya çempionatlarında və olimpiadalar zamanı arenalarda iştirak edə bilməyəcək.

Fins.az xəbər verir ki, bu  qərarı İdman Arbitraj Məhkəməsi (CAS) verib.

Qərar isə Dünya Antidopinq Agentliyi (WADA) ilə Rusiya Antidopinq Agentliyi (RUSADA) arasındakı mübahisəli qərara baxıldıqdan sonra alınıb.Bu qadağa Rusiyanın bütün yüksək vəzifəli şəxslərinə şamil edilib.

Yalnız ev sahibi ölkənin səlahiyyətli şəxsi dəvət edəcəyi halda iştirakı qadağan olunmuş şəxslər turnirlərə qatıla bilər. Həmçinin beynəlxalq idman qurumlarının üzvü olanlar üçün güzəştlər nəzərdə tutulur.