DÜNYA

18 Dekabr

Dünyada turizm sahəsi 30 il geriyə düşüb

Bakı 18 dekabr Fins.az

Turizm sənayesi 2020-ci ilin ilk 10 ayı ərzində koronavirus və bununla bağlı məhdudiyyətlər səbəbilə 935 milyard dollar itirib.

Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb.

“Yanvar-oktyabr aylarında turizm sahəsi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 900 milyon daha az əcnəbi turist qəbul edib”, - deyə qurumdan bildirilib. Bu, o deməkdir ki, dünya turizmi 1990-cı ilin səviyyəsinə qayıdıb. Qurumdan bildirilib ki, proqnozlara əsasən, beynəlxalq səyahətçilərin sayı ilin yekunlarına görə 70-75 faiz azalacaq.