İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (Data Protection Commission - DPC) "Twitter" şirkətini istifadəçi məlumatlarının sızması barədə informasiyanı vaxtında açıqlamadığına görə 450 min avro məbləğində cərimələyib.
Fins.az xəbər verir ki, cərimə 2018-ci ildə Avropa İttifaqında məlumatların mühafizəsi haqqında ümumi qaydalar (GDPR) qüvvəyə mindikdən sonra "Twitter" şirkətinə tətbiq edilən ilk sanksiya olub. Hazırda komissiya tərəfindən ABŞ-ın Avropada fəaliyyət göstərən 20-dən çox IT şirkətinin işinə baxılır.