DÜNYA

17 Dekabr

Çin bu ölkədən COVID-19 peyvəndi alacaq

Bakı 17 dekabr Fins.az

Çin Almaniyadan 100 milyon ədəd COVID-19 peyvəndi alacaq.

Şanxay "Fosun Farma" şirkəti ilə "BioNTech"in birlikdə hazırladığı BNT162 adlı peyvəndi satmaq üçün başqa bir Çin şirkəti ilə razılığa gəlib.

MRNT texnologiyasına əsaslanaraq hazırlanan peyvənd Almaniyadakı istehsal təsislərindən təmin olunacaq.