Bakı 17 dekabr Fins.az
Dünyanın ən zəngin qadını və “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş xanımı Makkenzi Skott bu ilin dörd ayı ərzində dörd milyard ABŞ dollarından çox ianə edib.
Onun sözlərinə görə, Pandemiya amerikalılar üçün ciddi zərbə dəyib. Həm iqtisadi itkilər, həm də sağlamlıq nəticələri qadınlar, yoxsulluq içində yaşayanlar üçün daha pis idi. Bu vaxt pandemiya milyarderlərin sərvətini əhəmiyyətli dərəcədə artırlb.
Qeyd olunur ki, Skottun builki yardımları təxminən 6 milyard ABŞ dolları olacaq.