Bakı 15 dekabr Fins.az
Google, işçilərinə 2021-ci ilin sentyabr ayından etibarən həftənin 2 günü "çevik iş saatı" altında evdə işləməyə icazə verəcək
ABŞ texnologiya şirkəti Google, Covid-19 epidemiyası səbəbindən tətbiq etdiyi evdə işləmə modelini genişləndirir.
CEO Sundar Pichai, bazar günü işçilərinə göndərilən bir elektron poçtda 2021-ci ilin sentyabrına qədər ofisə dönməyəcəyini, bundan sonra evdə işləmə modelinin qismən davam edəcəyini söylədi. Pichai, "Çevik iş modelinin daha çox səmərəliliyi təmin etdiyi tezisini test edəcəyik" deyə qeyd edib
New York Times qəzetinin xəbərinə görə, işçilər bu tarixdən sonra həftədə 3 gün işə gələcək, qalan 2 gün isə evdən işləyəcəklər. Ötən iyul ayında texnologiya nəhəngi evdə işləmə modelini 2021-ci ilin iyun ayına qədər uzatdığını elan edib.
Müəllif:Aynur Qəniyeva