DÜNYA

15 Dekabr

Peyvənd dünya iqtisadiyyatına 3 trilyon dollar gəlir gətirəcək

Bakı 14 dekabr   Fins.az

Koronavirus peyvəndindəki inkişafı və geniş yayılması dünya iqtisadiyyatına da dəstək ola bilər. Fins.az xəbər verir ki, peyvənd gələn il nikbin bir ssenaridə dünya iqtisadiyyatına 3.2 trilyon dollar qatqı təmin edə bilər

Koronavirus peyvəndi ilə bağlı müjdə dünya iqtisadiyyatında yaxşılaşma ümidlərini də artırır.

Bloomberg-in analizinə görə, peyvəndlərin istifadəsi yaxın aylarda qlobal əhalinin təxminən yarısını və istehsalın 60 faizini təşkil edən ölkələrin böyüməsini dəstəkləyə bilər.

Nikbin bir ssenaridə peyvəndin geniş istifadəsi və effektivliyi gələn il dünya ÜDM-inə 3,7 % (3,2 trilyon dollar) dəstək verə bilər, buna görə pandemiya dövrü ilə fərq xeyli yaxınlaşa bilər.

Qlobal ÜDM-in yarısından çoxunu və dünya əhalisinin üçdə birini təşkil edən 16 inkişaf etmiş və inkişaf etməkdə olan ölkənin iqtisadiyyatı kifayət qədər peyvənd sifariş edib.Təxmini hesablamalara görə, bu iqtisadiyyatlardakı istehsal virusdan əvvəlki dövrlə müqayisədə 2020-ci ilin son rübündə orta hesabla  6% azalıb. Peyvəndin geniş istifadəsi bu boşluğu aradan qaldıraraq qlobal ÜDM-i  3,2% artıra bilər.

Əsasən inkişaf etməkdə olan, qlobal milli gəlirin  9%-ni və əhalinin  15%-ni təşkil edən digər 11 ölkə də kifayət qədər peyvənd alıb. Bu ölkələrin iqtisadiyyatları da pandemiya öncəsi səviyyələrə yaxınlaşa bilər. Pandemiya öncəsi dövrdə ÜDM-dəki uçurum 75%-ə yaxınlaşa bilər və qlobal ÜDM-i 0,5 % artırır.

Müəllif:Aynur Qəniyeva