DÜNYA

15 Dekabr

ABŞ 908 milyard dollarlıq stimul paketi layihəsini təqdim edib

Bakı 15 dekabr   Fins.az

908 milyard dollarlıq stimul paketi layihəsi ABŞ-da təqdim edilib.

Fins.az xəbər verir  ki, qlobal bazarlar gündəmində ön sırada yer alan ABŞ-ın təşviq paketində təfərrüatları açıqlaıb.908 milyard dollarlıq təşviq paketi tərəflər arasındakı fikir ayrılıqları səbəbindən iki hissəli hazırlanıb.
ABŞ-dakı bir qrup Demokrat və Respublikaçı, koronavirus pandemiyasının iqtisadi təsirlərinin azaldılmasına yönəlmiş 908 milyard dollarlıq təşviq layihəsinin təfərrüatlarını açıqlayıb 

Tərəflər arasında dövlət yardımı və işəgötürənləri məhkəmə proseslərindən qoruyan məqalələrlə bağlı dərin fikir ayrılıqları səbəbindən stimul paketi layihəsi iki hissəyə ayrılıb.

Layihənin birinci hissəsi, təxminən 300 milyard dollarlıq kiçik şirkətlərə dəstək, həftəlik 300 dollarlıq işsizlik müavinətinin uzadılması və aşı paylanmasına yardım daxildir.