DÜNYA

15 Dekabr

Gürcüstan beynəlxalq uçuşları BƏRPA EDİR

Bakı 15 dekabr   Fins.az

Gürcüstanda beynəlxalq uçuşlara tətbiq edilən bütün məhdudiyyətlərin fevral ayından etibarən qaldırılması planlaşdırılır.

Fins.az yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, nazirliyin 2020-ci il üzrə fəaliyyət hesabatının təqdimatı zamanı məlumat verib.

Onun sözlərinə görə, daha çox qonaq qəbul etmək üçün Kutaisi və Batumi Beynəlxalq Hava Limanlarının genişləndirilməsi layihəsi başa çatmaq üzrədir:

"Kutaisi və Batumi Beynəlxalq Hava Limanlarının genişləndirilməsi layihəsi başa çatmaq üzrədir və fevral ayından etibarən beynəlxalq uçuşlardakı bütün məhdudiyyətləri ləğv etməyi planlaşdırırıq və bu yenilənmiş infrastruktur daha çox qonaq qəbul edəcək və vətəndaşlarımıza xidmət edəcəkdir", - deyə Turnava bildirib.