Bakı 14 dekabr Fins.az
Ötən həftələrdə Çin şirkətlərində başlayan defolt davam edir.
Fins.az xəbər verir ki,nəhayət, Çinin ən böyük tekstil istehsalçılarından biri olan Shandong Ruyi-nin 153 milyon dollarlıq borcunu ödəyə bilməyəcəyi xəbərləri gəlib.
Çin səlahiyyətlilərindən investorların borcunu ödəmək üçün artıq Pekinə etibar etməmələrini göstərən getdikcə daha güclü siqnallar gəlir.
Pekin dövlət şirkətlərinin 15 trilyon dollarlıq istiqraz bazarındakı defolt dalğasının davam etməsinə imkan verir.
Yalnız keçən həftə Tsinghua Unigroup Co. 450 milyon dollarlıq istiqraz ödənişini yerinə yetirə bilməyib və 2 milyard dollar borc ödəməsini başladıb.Bu rəqəm, Çinin 2019-cu ildə istiqraz bazarında defolt etdiyi ümumi rəqəmin üçdə ikisidir.
Bu, zəif dövlət müəssisələri üçün narahatlıq olsa da, investorlar, kredit bazarı və ümumilikdə Çin üçün yaxşı bir inkişafdır. Riskin daha dəqiq qiymətləndirilməsi nisbətən qeyri-şəffaf iqtisadiyyatda istiqraz alıcıları üçün daha çox şəffaflıq təmin edir. Bu, Çin istiqrazlarına marağın artmasına, daha çox mənbənin cəlb olunmasına və nəticədə kapital bazarlarının hökumətdən asılılığının azaldılmasına zəmin yaradacaq.
Çində korporativ istiqrazların ən böyük alıcısı dövlət banklarıdır.
Londondakı BNP Paribas Asset Management-in inkişaf etməkdə olan bazarlar istiqraz vahidi meneceri Jean-Charles Sambor, orta müddətdə ilk dəfə həqiqi yüksək faizli daxili bazar görmək fürsəti tapdıqlarını ifadə edərək, “2021-ci il Çində həqiqi kredit riski mexanizminin başlanması üçün dönüş nöqtəsi ola bilər. "-deyə qeyd edib.
İstiqraz bazarlarının səmərəliliyinin artırılması Çin siyasətçilərinin prioritetinə çevrilir. Bununla yanaşı onları çətin proseslər gözləyir. Çünki Çindəki kredit reytinqlərinin 96%-i investisiya edilə bilər.
Müəllif:Aynur Qəniyeva