Bakı, 09 dekabr Fins.az
İraq, Çiinin ZhenHua Oil Co. ilə bir milyard dollarlıq müqavilə imzalamağa hazırlaşır.
Fins.az xəbər verir ki, Çin, İraqa kömək əli uzatmağa qərar verdi, bu da neft bazarındakı tarazlıqlara təsir edir.
Bloomberg-in hesabatına görə, İraqın neft ixracatından məsul agentliyi olan SOMO, neft şirkətlərindən razılaşma təkliflərini qiymətləndirdikdən sonra ZhenHua-nı seçib. İraqın uzunmüddətli neft tədarükü müqabilində Pekindən nağd ödəniş alacağı açıqlanıb.
Bu, Çinin dövlət tərəfindən idarə olunan banklarının və şirkətlərinin Angola, Venesuela və Ekvador kimi həssas neft istehsal edən ölkələrə dəstək verdiyinə dair son nümunələrdən biri olacaq.
Nazirlər Kabineti sözçüsü Həsən Nadhim çərşənbə axşamı günü "bir neçə təklif" olduğunu və Baş nazir Mustafa Əl-Kadimimin qəti qərar vermədən əvvəl araşdırmalara davam etdiyini söylədi.
Bu il neft qiymətlərindəki azalma İraq büdcəsini silkələdi və hökumətin müəllimlərə və məmurlara maaşlarını vaxtında ödəməməsinə səbəb oldu.