DÜNYA

03 Dekabr

Reuters: Disney pandemiyaya görə kütləvi ixtisara gedir

Bakı, 02 dekabr Fins.az

The Walt Disney kompaniyası əyləncə parklarının 32 000 işçisini işdən azad edəcək.

Reuters nəşrinin yazdığına, əsasən kütləvi azalma Disneyland-ın işini məhdudlaşdıran pandemiya ilə bağlıdır.

Daha əvvəl şirkət 28 000 nəfəri işdən çıxarmağı planlaşdırırdı, ancaq Disneylandların yerləşdiyi bəzi ölkələrdə əyləncə parklarının fəaliyyətinə qoyulan qadağa qüvvədə qaldığından ixtisar sayı daha 4 000 nəfər də artırıldı.

İşdən azad etmələr 2021-ci ilin birinci yarısında baş verəcək, həm ABŞ-da, həm də digər ölkələrdə əyləncə parkında çalışan işçilərə təsir edəcək.

Həmçinin, hazırda Disneyin müxtəlif bölgələrdəki 37 000 işçisi məcburi məzuniyyətdədirlər.

Holdinq daha öncəki açıqlamasında bildirmişdi ki, 2020-ci ili 2,8 milyard dollarlıq zərər ilə başa vurublar.