DÜNYA

02 Dekabr

Su qıtlığı ilə bağlı həyəcan təbili

Bakı, 02 dekabr Fins.az

Son 20 ildə Yer kürəsində şirin su ehtiyatları 20 faizdən çox azalıb. Dünyada 3 milyarddan çox insanın su çatışmazlığı hiss olunan kənd təsərrüfatı rayonlarında yaşadığını nəzərə aldıqda, bu, heç də ürəkaçan hal sayılmır.

Qeyd edək ki, bu barədə BMTnin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesabat hazırlayıb. FAO mütəxəssisləri bildiriblər ki, insanlar dünyadakı su resurslarından mümkün qədər səmərəli istifadə etməlidirlər. Əgər tövsiyələr nəzərə alınmazsa, qarşıdakı illərdə daha acınacaqlı mənzərə yarana bilər. Məlumatı “Nat.geo” yayıb.