DÜNYA

02 Dekabr

Sınaqlar uğurla tamamlanıb

Bakı, 02 dekabr Fins.az

Türkiyədə SOM qanadlı raketlərinin milli səviyyədə bütün sınaqları tamamlanıb. Bu barədə Türkiyə Müdafiə Sənayesi üzrə Araşdırma və İnkişaf İnstitutu (TÜBİTAK SAGE) məlumat yayıb. Bildirilir ki, SOM Türkiyənin istehsal etdiyi yüksək standartlara uyğun olan silahlardandır. Raket 500 kilometr məsafədə yerləşən, güclü mühafizə olunan quru və dəniz hədəflərini yüksək dəqiqliklə vura bilir. Məlumatı “Defense Here” yayıb.