Bakı, 23 noyabr Fins.az
G20 liderləri zirvənin yekun bəyannaməsini imzalayıblar.
“Ria Novosti”nin məlumatına görə, əsas hədəflər pandemiyanın nəticələrinin aradan qaldırılması ilə əlaqədardır:
-
Qlobal iqtisadiyyatın bərpasını dəstəkləmək, maliyyə sisteminin sabitliyini artırmaq;
-
Pandemiya şəraitində inkişaf etməkdə olan ölkələri dəstəkləməyə davam etmək;
-
ÜST-ün effektivliyini artırmaq;
-
Ekonomik iqtisadi artım üçün enerji mənbələrinin fasiləsiz tədarükünü təmin etmək.
Liderlər, eyni zamanda, kasıb ölkələrin borc ödənişlərinə qoyulan moratoriumun 2021-ci ilin iyun ayına qədər uzadılması təşəbbüsünü də təsdiqləyiblər.