DÜNYA

21 Noyabr

Portuqaliya Aİ-dən 10 milyon avro yardım alacaq

Bakı, 21 noyabr Fins.az 

“Euronews” agentliyinin yaydığı məlumata görə, Portuqaliya Qırmızı Xaç Cəmiyyəti (CVP) Avropa İttifaqından (Aİ) koronavirusla mübarizəyə dəstək proqramı çərçivəsində COVID – 19 infeksiyasına qarşı ekspres-testlər və tibbi ləvazimat alınması üçün 10 milyon avro yardım alacaq.

Agentlik yazır ki, bu vəsait Avropa Qırmızı Xaç Komissiyası tərəfindən yeddi ölkədə koronavirusla mübarizə məqsədilə testləşdirmə imkanlarını genişləndirmək üçün ayrılan 35,5 milyon avronun bir hissəsidir. Bildirilir ki, diaqnostik testlər Portuqaliya, Avstriya, Almaniya, Yunanıstan, İtaliya, Malta və İspaniyada Milli Qırmızı Xaç cəmiyyətləri tərəfindən həyata keçiriləcək. Qeyd edilir ki, Portuqaliyada 243 mindən çox insan koronavirusa yoluxub, 3 min 701 nəfər bu xəstəlikdən vəfat edib.