Bakı, 21 noyabr Fins.az
Avropa İttifaqı (Aİ) ümid edir ki, koronavirusa qarşı hazırlanan vaksin bu ilin sonunda, yaxud 2021-ci ilin əvvəllərində qeydiyyatdan keçiriləcək. Bunu Almaniya kansleri Angela Merkel açıqlayıb. Kansler bildirib ki, koronavirus əleyhinə peyvənd tam rəsmiləşdikdən sonra dünyada vaksinasiyaya başlanılacaq. O, peyvəndlə bağlı aparılan son işlərin ürəkaçan olduğunu söyləyib. Xəbəri BBC verib.
