DÜNYA

14 Noyabr

Yeni təhlükə

Bakı, 14 noyabr Fins.az 

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Nigeriyada sarı qızdırma səbəbiylə bir həftə içində 8 nəfər həyatını itirib. Mənbə qeyd edir ki, bununla bağlı Nigeriyada Xəstəliklərə Nəzarət Mərkəzinin koordinatoru Rilvanu Məhəmməd bildirib ki, ölkədə sentyabr ayından bəri sarı qızdırmadan ölənlərin sayı 95-ə yüksəlib. O, epidemiyaya qarşı tədbir almağa başladıqlarını söyləyərək xalqı gigiyena və ekoloji təmizliyi qorumağa çağırıb. Qeyd edilir ki, keçən il Nigeriyada sarı qızdırma epidemiyası səbəbindən 300-dən çox insan ölüb.Hökumət 2017-ci ildən bəri epidemiya ilə mübarizə aparır Xəstəliyin simptomları arasında yüksək temperatur, baş ağrısı, əzələ ağrısı, ürək bulanması, halsızlıq və gözlərdə sarılığın olmasıdır. Bu il 7 milyon insanın sarı qızdırma peyvəndi edilməsi planlaşdırılır. İndiyədək 2 milyon insan peyvənd olunub.