DÜNYA

14 Noyabr

Səkkiz kameralı smartfon

Bakı, 14 noyabr Fins.az 

Çində səkkiz kamera ilə təchiz edilən smartfon patentləşdirilib. Bildirilir ki, 2020-ci il oktyabrın əvvəlində təsdiq edilən patentin qeydiyyata alınması üçün müraciət "Lens Technology Co. Ltd" şirkəti tərəfindən edilib. Çin istehsalçısı "Apple", "Samsung", "Huawei" və digər şirkətlərlə əməkdaşlıq edir. Qeyd edilir ki, ilkin ehtimallara görə, smartfonun ön tərəfində ön kamera üçün kəsiklər mövcud olmadığından ön kameranın qurğunun ekranına inteqrasiya edilməsi qənaətinə gəliblər. Xəbəri “lenta.ru” yayıb.