Bakı, 14 noyabr Fins.az
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ölkənin "ən yaxşı beynəlxalq film" nominasiyasında "Oskar" namizədinin adını açıqlayıb. Bildirilir ki, rejissor Mehmet Ada Öztekinin ekranlaşdırdığı "7. Koğuştaki Mucize" filmi "Oskar" mükafatları mərasimində Türkiyəni təmsil edəcək. Qeyd edək ki, baş rolunu Aras Bulut İynemlinin ifa etdiyi "7. Koğuştaki Mucize" filmi 5 milyon 316 min 933 nəfər izləyici ilə türk kinosunda ən çox izlənən 8-ci film olaraq tarixə düşüb. Xəbəri “Anadolu” agentliyi yayıb.