DÜNYA

13 Noyabr

Avrozonada məşğulluq rekord səviyyədə artıb

Bu ilin III rübündə Avrozonada məşğulluq II rüblə müqayisədə 0,9% artıb. Bu, hesablamaların başlandığı 1995-ci ildən bəri ən kəskin artım dinamikasıdır.

Fins.az xəbər verir ki, bu ilin II rübündə isə regionda məşğulluq rüblük müqayisədə 2,7% azalmışdı.

İllik müqayisəyə gəldikdə, 2020-ci ilin III rübündə Avrozonada məşğul əhalinin sayı ötən ilin eyni rübü ilə müqayisədə 2% azalıb. II rübdə illik azalma 3,1%-ə bərabər olub.