DÜNYA

13 Noyabr

Avropa iqtisadiyyatı rekord hədə BÖYÜDÜ

Avro bölgəsindəki üçüncü rübdə iqtisadiyyat gözləntilər istiqamətində böyüyüb.
Fins.az xəbər verir ki, Eurostat-ın Lüksemburqda yayımladığı məlumatlara görə, Avro Bölgəsi üçüncü rübdə əvvəlki rüblə müqayisədə 12,6% böyüdü. Bloomberg tərəfindən rəyi sotruşulan 35 iqtisadçının  12,5% ilə 12,8% arasında dəyişən gözləntilərinin ortalaması 12,7% idi.

Pandemiyanın ilk dalğası zamanı alınan karantin tədbirləri səbəbindən Avro Bölgəsindəki iqtisadiyyat ilin ilk yarısında 15% azalıb.

Bölgə iqtisadiyyatı illik bazada əvvəlki ilin eyni dövrünə görə 4,4 %azalıb. Gözlənti 4.3% daralma olacağı ilə bağlı idi.

Avropa Birliyinin (AB) ÜDM-i, eyni dövrdə əvvəlki rüblə müqayisədə yüzdə 11,6 artdı. İllik bazada 4.3% azalıb.

Rekord artım səviyyəsi, məşğulluğun artmasına səbəb oldu. Cümə günü açıqlanan rəqəmlər, ikinci rübdə 3-%ə yaxın düşdükdən sonra məşğulluğun son üç ayda 0,9% artdığını göstərir.