Arçelik və LG arasında fərqli məhsul qruplarındakı patent mübahisələrinin həll edildiyi açıqlanıb.
Fins.az xəbər verir ki,müqavilənin şərtləri ilə bağlı detallar açıqlamada paylaşılmayıb.
Arçelik və LG Electronics bu yaxınlarda soyuducu buz istehsalı texnologiyası və paltaryuyan maşın texnologiyası ilə əlaqədar patent mübahisələrində bir uzlaşma əldə edilər.
Mövzuya dair yazılı açıqlamada müqavilənin şərtlərinin və detallarının gizli olduğu qeyd olunub və Almaniya və Fransada açılan məhkəmə iddialarının da həll olunmaqla ləğv edildiyi bildirilib.
Arçelik, bazarda lisenziyasız olduğu paltaryuyan maşınlarda paltaryuyan maşınlar üçün inkişaf etdirdiyi 'Direct Drive' texnologiyasından istifadə etdiyi səbəbiylə LG və Almaniyadakı və Fransadakı filiallarına qarşı patent məhkəməsi başlamışdı.
Müəllif:Aynur Qəniyeva