DÜNYA

13 Noyabr

Trump Çinə qarşı yeni kritik fərman imzalayıb

Bakı, 13 noyabr Fins.az

ABŞ prezidenti Donald Tramp amerikalıların Çin ordusuna dəstək verən Çin şirkətlərinə investisiya qoymasını qadağan edən bir fərman imzalayıb

Fins.az xəbər verir ki,Ağ Evdən verilən  açıqlamada, Çin ordusuna maliyyələşdirmə təmin edən şirkətlərə edilən investisiyalarla bağlı bir fərman imzalandığı ifadə edilib.

Çinin ordusunu və kəşfiyyatını inkişaf etdirmək üçün qaynaq təmin etmək üçün ABŞ kapitalını getdikcə daha çox istismar etdiyinə işarə edən Tramp, bu vəziyyətin ABŞ-ı birbaşa təhdid etdiyini vurğulayıb

Fins.az xəbər verir ki, Trump, Çinin mülki şirkətləri hərbi və kəşfiyyat fəaliyyətinə dəstək verməyə məcbur edərək ölkənin hərbi sənayesini inkişaf etdirdiyini və bu şirkətlərin ABŞ investorlarına qiymətli kağızlar sataraq kapitallarını artırdığını bildirib

ABŞ Prezidenti Tramp, "Bu şəkildə Çin ordusunun inkişafı və modernləşdirilməsini maliyyələşdirmək üçün ABŞ investorlarından istifadə edir" deyə bildirib

Fərmana əsasən, ABŞ şirkətləri və fərdləri Çin ordusuna dəstək verən Çin şirkətlərində birbaşa və ya fondlar vasitəsi ilə pay sahibi olmağın qarşısı alınıb.

11 Yanvar 2021-də qüvvəyə minəcək qərarın Çinin iri aviasiya, inşaat, texnologiya və telekommunikasiya şirkətlərini təsir edə biləcəyi bildirilir.

ABŞ mətbuatında yer alan xəbərlərdə, Müdafiə Nazirliyinin təyin etdiyi 31 Çin şirkətinin siyahıda olduğu qeyd edilib.

Bu şirkətlərin əksəriyyətinin Hong Kong daxil olmaqla Çin Birjalarında satıldığı bildirilib. Sözügedən şirkətlər arasında olduğu ifadə edilən China Mobile Communications və China Telekommunikasiya şirkətləri də ABŞ birjalarında satılır.

Müəllif: Aynur Qəniyeva