15 ASEAN üzvü ölkəsinin 8 ildir danışıqlar apardığı Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq, bu həftə sonuncu iclası keçiriləcək zirvə toplantısında elan ediləcək.
Çin də daxil olmaqla on beş Asiya-Sakit okean ölkəsi, bu həftə sonu dünyanın ən böyük sərbəst ticarət müqaviləsini imzalamağa hazırlaşır.
Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RCEP) çərçivəsində, Yaponiya, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla ölkələr, gömrük rüsumlarını endirərək tədarük zəncirini gücləndirməyi və yeni elektron ticarət qaydaları yaratmağı hədəfləyirlər.
Bununla yanaşı razılaşmnın bəzi ABŞ və digər beynəlxalq şirkətləri sərbəst ticarət zonasından kənarlaşdıraraq onlara dezavantaj yaratdığı düşünülür.
Hindistan keçən il RCEP müzakirələrindən çıxarkən, qalan on beş ölkə həftə sonu Vyetnamda onlayn keçiriləcək ASEAN sammitində razılaşma elan etməyi planlaşdırır.
Malayziya Ticarət Naziri Azmin Ali jurnalistlərə açıqlamasında müqavilənin bazar günü imzalanacağını söyləyərək müqavilənin "qan, tər və göz yaşı ilə toxunmuş səkkiz illik danışıqların nəticəsi olduğunu" bildirib
RCEP 15 ölkəni, 2,2 milyard insanı əhatə edir və ümumilikdə 26,2 trilyon dollarlıq iqtisadi dəyəri var.