DÜNYA

12 Noyabr

Pegasus şirkəti Antalya - Moskva reyslərini bərpa edib

Bakı, 12 noyabr Fins.az

Domodedovo hava limanının yayımladığı məlumattında bildilir ki,Türkiyənin Pegasus hava yolu şirkəti 10 Noyabrda Antalyadan Moskvaya müntəzəm uçuşları bərpa edib.

Uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

Pegasus 1 avqustdan etibarən İstanbuldan, 16 avqustdan etibarən Alanyadan Moskvaya gündəlik uçuşlara başladı. Sentyabr ayında daşıyıcı Bodrum və Dalaman kurort şəhərlərinə uçuşlarını bərpa etmişdi

"Rusiya ilə Türkiyə arasında uçuşların bərpasından sonra 52 min sərnişin Pegasus Hava Yolları uçuşlarından istifadə etdi. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə% 30 daha yüksəkdir" deyə hava limanı qeyd edir.