Bakı, 12 noyabr Fins.az
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Ağ Evin aparat rəhbəri vəzifəsinə Ron Kleyni təyin edib.
Fins.az xəbər verir ki, məlumata görə, 59 yaşlı Kleyn Obama administrasiyası dövründə ABŞ vitse-prezidentinin aparat rəhbəri olub və təyinat heç kim üçün sürpriz olmayıb.
Kleyn sabiq Prezident Donald Trampın koronavirus əleyhinə siyasətinin ən açıq tənqidçilərindən biri kimi də tanınır.