DÜNYA

03 Noyabr

Hugo Boss xərcləri azaldaraq 3-cü rübdə mənfəət əldə edib

Alman geyim və aksessuar istehsalçısı Hugo Boss AG-nin üçüncü rübdə xalis mənfəəti 19 dəfə azalaraq- keçən ilin eyni dövrü ilə müqaisədə  56 milyon avrodan 3 milyon avro olub. 

Fins.az xəbər verir ki,bu arada, ikinci rübdə şirkət 186 milyon avro xalis zərər verdi. Şirkətin press-relizinə əsasən şirkətin ötən rübdəki əməliyyat xərcləri 15% azalıb.

Faiz və vergilərdən əvvəl qazanc (FAVÖ) 83 milyon avrodan 15 milyon avroya enib.

Üçüncü rübdə gəlir bir əvvəlki 720 milyon avrodan 26% azalaraq 533 milyon avroya düşüb.Valyuta dalğalanmaları xaricində eniş 24% olub. Analitik konsensus gəlirlərini 560 milyon dollar proqnozlaşdırır.

Eyni zamanda, Hugo Boss, valyuta məzənnələrindəki dalğalanmalar xaricində onlayn satışlarda 66% artım qeyd edib. Çində satışlar 27% artıb.

Müəllif :Aynur Qəniyeva