DÜNYA

03 Noyabr

Gürcüstanda açıq havada tibbi maska taxmaq məcburi edilib

Sabahdan Gürcüstanda açıq havada tibbi maskadan istifadə etməyənlər cərimələnəcək.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, noyabrın 4-dən etibarən qapalı məkanlarda olduğu kimi, açıq havada da tibbi maska taxmaq məcburi olacaq.

Qaydanı pozan vətəndaşlar 20 lari (11 manat) cərimə ediləcəklər.