BVF, Səudiyyə Ərəbistanının paytaxtı Riyadda 21-22 noyabr tarixlərində keçiriləcək G-20 Liderlər Sammiti çərçivəsində hazırlanmış "Güclü, Davamlı, Balanslı və Hərtərəfli Böyümə" adlı hesabatını yayımladı.
Beynəlxalq Valyuta Fondu (BVF) G20 ölkələrini yeni növ koronavirus (Kovid-19) baş səbəbi ilə qeyri-müəyyənliyin hələ də yüksək olduğunu və siyasət dəstəyinin erkən çəkilməsinin bu mühitdə baha olacağını bildirərək, böhran boyunca dəstək verməyə davam etmələri barədə xəbərdarlıq edib.
Kovid-19 pandemiyasının böyük iqtisadi qeyr-sabitlik yaratdığına və qlobal iqtisadi mühiti əhəmiyyətli dərəcədə dəyişdirdiyinə diqqət çəkən hesabatda, iqtisadi canlanmanın qismən və nizamsız olacağı bildirilib.
"Ən pis yoluxma dövrünün bitdiyinə işarə olsa da, epidemiya yayılmağa davam etdiyi üçün qeyri-müəyyənlik hələ də yüksəkdir" deyilir.
Hesabatda birdən-birə maliyyə şərtlərinin sərtləşməsinin və jeopolitik və sosial gərginliyin böyüməni poza biləcəyinə işarə edərək, "Siyasət dəstəyinin erkən çəkilməsi bu mühitdə baha başa gələcək." ifadəsindən istifadə edilib.
Məruzədə epidemiyanın yaratdığı zərərlərin dərin izlər buraxması və bunun altındakı çətinlikləri artırması ehtimalı qeyd edilib.
Müəllif: Aynur Qəniyeva