DÜNYA

03 Noyabr

Türkiyə Qara dənizdə kəşfiyyat qazma işlərinə hazırlaşır

Qazma qurğusu ilə təchiz edilmiş Türk araşdırma gəmisi Fatih, Qara dənizdəki Türkalı-1 kəşfiyyat quyusunun ərazisinə gəlib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin çərşənbə axşamı Twitter-də verdiyi məlumatda bildirilir.

Nazirliyə görə, gəmi Sakarya qaz yatağının bu perspektivli sahəsindəki işlərinə davam edəcək.

"Gəmi ilk kəşfiyyat quyusunun qazma işlərini aparacaq. Qazma Türkalı-1-də işləyəcək" deyə qeyd edib  Enerji Nazirliyi.

19 sentyabrdan bəri "Fvtih" gəmisi texniki xidmət və zəmanət üçün Türkiyənin Qara dəniz limanı Zonguldakdadır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Qara dənizin Türk sektorunda 405 milyard kubmetr ehtiyata sahib böyük bir qaz yatağının tapıldığını elan edib. 

Qara dəniz yataqlarından Türkiyənin qaz paylama şəbəkəsinə qaz tədarükü 2023-cü ilə planlaşdırılır.

Müəllif: Aynur Qəniyeva