DÜNYA

30 Oktyabr

Almaniyada iqtisadi inkişaf 10%-ə çatdı

Fins.az xəbər verir ki, Almaniyanın cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, üçüncü rüb ərzində istehsal edilən mal və xidmətlərin dəyəri (ÜDM) ikinci rüb ilə müqayisədə 8.2% artıb. İqtisadiyyat ikinci rübdə 9.8% daralmışdı. Analitiklər isə üçüncü rübdə yalnız 7.3%-lik artım proqnozlaşdırırdılar. 

ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür və ölkənin inkişaf sürətini göstərir. Burada artım ölkə valyutasına olan tələbi də artırır. 

Qeyd etmək lazımdır ki, inkişaf göstəricisinin proqnozlaşdırılandan yaxşı açıqlanması, inkişafın davam edəcəyinə işarədir. (investaz.az)