Fins.az xəbər verir ki, Bu gün Almaniya və Fransa üçün həlledici gün olacaq. Belə ki, almaniyalı baş nazir Merkel regional liderlərlə görüşəcək. Verilən məlumata görə, Almaniyada karantin elan edilməsi və müddətinin bir ay davam edəcəyi planlaşdırılıb.
Bununla yanaşı, prezident Makron Fransa vətəndaşlarına müraciət edəcək və bu müraciətdə də karantin elan ediləcəyi, amma bu dəfəki şərtlər ötən karantin dövrünə nisbətən daha yumşaq olacağı gözlənilir.
Bu məqamların Avropanın iki ən böyük iqtisadiyyatına potensial təsiri, avro kursunda artıq mənfi əks olunur və vahid valyuta dollara nisbətdə 1.1800$-;n altında ticarət olunur.
(investaz.az)