DÜNYA

28 Oktyabr

Trump Kanadaya tətbiq edilən alüminium tarifi ilə bağlı geri addım atdı

ABŞ prezidenti Donald Tramp Kanadadan xam alüminium idxalına tətbiq olunan tarifləri ləğv etmək barədə qərar verib. Prezident Trump, Kanadadan alüminium idxalı artacağı halda tariflərin geri dönəcəyini açıqladı.
Tarifləri ilə dünya ticarətinə damğa vuran ABŞ prezidenti Donald Tramp, şimal qonşusuna tətbiq etdiyi tarifdə geri addım atdı.

Prezident Trump, Kanadadan ABŞ xam alüminium idxalına tətbiq olunan tarifləri rəsmi olaraq ləğv etmək qərarı verib.Bununla yanaşı Trump, bu məhsul qrupunda Kanadadan ABŞ-a idxalın artması halında tarifləri geri qaytaracağı ilə hədələyib.

Qərar, ABŞ-ın keçən ay Kanadaya yüzdə 10 tarif azadlığını elan etməsindən sonra verilib. ABŞ Prezidenti Trump ilk dəfə 2019-cu ildə Kanadaya bir istisna tətbiq edib, lakin istisna qərarına daxil olan məhsullar üçün idxal artdıqdan sonra yenidən tariflərin tətbiq edilməsinə qərar verilib.

Müəllif:Aynur Qəniyeva