DÜNYA

27 Oktyabr

Avropada kredit dövriyyəsi və pul kütləsi artıb

Fins.az xəbər verir ki,  Avropa Mərkəzi Bankının (AMB) açıqladığı məlumatlara əsasən, şirkətlər tərəfindən kommersiya banklarından cəlb edilən kreditlərin həcmi sentyabrda illik müqayisədə 7.1% artıb. Ev təsərrüfatlarının götürdükləri kreditlər isə 3.1% artıb. 

Beləliklə, M3 pul aqreqatında illik artım dinamikası da 9.5%-dən 10.4%-ə yüksəlib. Mütəxəssislər yalnız 9.6%-ə kimi artım proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, Korona böhranından əziyyət çəkən iqtisadiyyata dəstək olmaq üçün AMB kreditə olan tələbin artması istiqamətində yumşaq monetar siyasət fonunda yardım proqramları həyata keçirir. (investaz.az)