DÜNYA

27 Oktyabr

İngiltərə: ABŞ seçkisinin Breksit təsiri yoxdur

Fins.az xəbər verir ki, mediada yayılan xəbərlərə əsasən, ABŞ prezident seçkisinin nəticəsi Breksit danışıqlarına da təsir edəcəkdir. Lakin İngiltərə baş naziri Boris Conson xəbərləri təkzib edib. 

Xəbərlərə əsasən, İngiltərə höküməti AB-ni Trampın seçilməsi şəraitində ticarət sazişi imzalamadan tərk edəcəkdir. 

Qeyd etmək lazımdır ki, Tramp Breksit tərəfdarıdır və Tramp yenidən seçiləcəyi təqdirdə, Conson Amerika ilə saziş imzalamağı planlaşdırır. Co Bayden isə Avropanın qorunması tərəfdarı kimi tanınır. (investaz.az)