DÜNYA

27 Oktyabr

ABŞ İranın neft nazirini və bir çox dövlət şirkətlərini sanksiya siyahısına daxil edib

ABŞ İran Petrol Nazirliyini, İran Milli Neft Şirkətini (NIOC) və İran Milli Tanker Şirkətini (NITC) və İranın Neft Naziri Bijan Zanganeni sanksiya siyahısına əlavə edib.
ABŞ rəhbərliyi, İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Gücünə maddi dəstək verdikləri səbəbi ilə İran Neft Nazirliyi, İran Milli Neft Şirkəti (NIOC) və İran Milli Tanker Şirkəti (NITC) və İran Neft Naziri Bijan Zanganeh daxil olmaqla rəsmiləri əlavə edib 

ABŞ Maliyyə Nazirliyi tərəfindən verilğn yazılı açıqlamada Xarici Aktivlərin Mühafizəsi İdarəsi (OFAC), İranın Neft Nazirliyi, NIOC və NITC-nin birdən çox təşkilat və şəxs tərəfindən sanksiya tətbiq ediləcəyi bildirilib 

Bu çərçivədə, İranın neft naziri Bijan Zanganeh də daxil olmaqla bu təşkilatların yüksək vəzifəli şəxslərinin də sanksiya siyahısına daxil edildiyi bildirilib.

Müəllif:Aynur Qəniyeva