Fins.az xəbər verir ki, milli valyuta olan lirənin zəifləməsi və inflyasiyanın yüksək olması, Türkiyədə insanlar tərəfindən qızıla olan tələbin yüksək olmasının əsas səbəbləridir. Bu barədə “Xinhuanet” nəşri məlumat verib.
Xatırladaq ki, 2020-ci ilin əvvəlindən bəri Türk lirəsi ABŞ dollarına qarşı 25% dəyər itirib. Uzun müddətli iqtisadi problemlər, bir çox məhdudlaşdırıcı tədbirlərə səbəb olan koronavirus infeksiyasının yayılması ilə daha da artmışdır.
Milli valyutada volatilliyin artması fonunda Türkiyə əhalisi əmanətlərini sarı qiymətli metal və ABŞ dollarında saxlamağa üstünlük verirlər. Qızıl ümumiyyətlə fiziki formada evdə və ya xüsusi bank hesablarında saxlanılır. Yerli qızıl bazarı təmsilçisinin sözlərinə görə, bu yayın əvvəlində yeni alıcıların sayı nəzərəçarpacaq dərəcədə artmışdır.
“Sarı qiymətli metal adətən öz vəsaiti qorumaq üçün alınır. İnsanlar əmanətlərinin yüksək inflyasiya səbəbi ilə zamanla buxarlanmayacağına əmin olmaq istəyirlər. Çox sayda vətəndaş bayram tədbirləri üçün məsələn, toylar üçün qızıl alır”, deyə ekspert bildirib. O, 2020-ci ilin əvvəlindən bəri qızılın yerli valyutada dəyərinin 65% artdığını da əlavə edib. (investaz.az)