Fins.az-ın verdiyi məlumata görə, Türkiyə Mərkəzi Bankının (TCMB) valyuta ehtiyatları 43 milyon dollar, yaxud 0.05% azalaraq, 83.595 milyard dollar təşkil edib. Bu barədə bankın hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 42.477 milyard dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 248 milyon dollar, yaxud 0.6% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 291 milyin dollar, yaxud 0.7% azalaraq, 41.118 milyard dollar təşkil edib.