DÜNYA

16 Oktyabr

Breksit: İngiltərə şərtlərindən imtina etdi

Fins.az xəbər verir ki, İngiltərə baş naziri Boris Conson cümə günü verdiyi açıqlamasında, şirkətlərə AB ilə Avstraliya şərtlərinə uyğun ticarətə hazırlaşmalarını təklif edib. 

Nazir bildirib ki, AB Zirvə toplantısının nəticələri Kanada şərtləri ilə ticarət sazişinin imzalanmayacağını göstərib. "Biz Kanada nümunəsində bir saziş istəyirdik. Lakin AB danışqlara bu istiqamətdə davam etmək istəmədikləri üçün Avstraliya nümunəsinə hazırlaşmığı qərar aldım", deyə nazir əlavə edib. 

Qeyd etmək lazımdır ki, AB Zirvə toplantısının bəyanatında Avropa Birliyinin marağında olan mövzularda irəliləyişin olmadığı bildirilib. Bu isə Böyük Britaniya ilə ticarət sazişin imzalanması üçün kifayət etmir. 

London və Brüssel arasındakı danışıqlarda maneə yaradan əsas mövzular, İngiltərənin AB-nin balıqçılıq mövzusunda sərt mövqeyindən çəkilməsi, AB-nin isə qarşı tərəfdən digər əsas məsələlərdə, o cümlədən, ticarət subsidiyalarında geri çəkilməsinə çağırmasıdır.