DÜNYA

16 Oktyabr

Tramp: Respublikaçılar daha böyük həcmə səs verəcəklər

Fins.az xəbər verir ki, Amerika prezidenti Donald Tramp cümə axşamı Fox Business Network-a maliyyə naziri Stiv Mnuçinə Korona yardım paketi üçün 1.8 milyon dollardan çox təklif etməyi tapşırıb, lakin razılıq əldə olunmayıb. Tramp onu da əlavə edib ki, Respublikaçılar paketin daha böyük həcminə də razılıq verəcəklər. 

Birjalarda yardım paketi uğrunda mübarizə investorlar tərəfindən diqqətlə izlənilməkdədir və Amerika səhm qiymətlərində öz əksini tapmaqdadır. Trampın son açıqlaması isə yardım paketinin seçkidən qabaq müxalifət ilə razılaşdırılması ehtimallarının artmasına səbəb olub. 

Bununla yanaşı, Tramp növbəti dəfə sosial və iqtisadi məhdudiyyətlərin tətbiqini də planlaşdırmadıqlarını deyib. 

Qeyd etmək lazımdır ki, Donald Tramp sonuncu dəfə Demokratların tənqidlərinə qarşılıq olaraq 1.6 trilyon dollarlıq yardım paketinin həcmini 1.8 trilyon dollara yüksəltmişdir. Lakin müxalifət iqtisadiyyat və ictimaiyyətin 2.2 trilyon dollarla dəstəklənməsini tələb edir.

Respublikaçılar isə bugünə kimi bazar ertəsi Senatda paketin yalnız bir hissəsini - 500 milyard dollarını təsdiq etməyi planlaşdırırdılar.