DÜNYA

16 Oktyabr

Avropa Birliyi İngiltərədən ticarət razılaşması danışıqlarının müddətini uzatmağı xahiş edir

Avropa Birliyi liderləri, İngiltərəni Brexitdən sonrakı ticarəti tənzimləyən bir razılaşma mövzusunda razılaşmaq üçün danışıqları davam etdirməyə çağırdılar

Fins.az xəbər verir ki,İngiltərə Baş naziri Boris Johnson, ticarət razılaşması üçün 15 oktyabr tarixinə qədər danışıqlara vaxt verdi.

Cümə axşamı Brüsseldə başlayan iki günlük AB Liderlər Sammitinin ilk günündə Brexit ilə bağlı müzakirələr aparan AB liderləri, razılığa gəlmək üçün irəliləmənin yetərli olmadığını bildiriblər və İngiltərədən razılığa gəlmək üçün lazımi addımların atılmasını istəyib.

Avropa Birliyi Brexit Müzakirəçisi Michel Barnier, oktyabr ayının sonuna qədər bir razılığa gəlmək üçün yeni və gərgin danışıqlara ehtiyac olduğunu bildirib.

Britaniyanın Brexit üzrə danışıqçısı David Frost AB-nin yanaşmasından "məyus olduğunu" bildirib.

Twitter-dəki açıqlamasında Frost, AB-nin razılığa gəlmək üçün İngiltərədən atılacaq bütün addımları gözlədiyini bildirib, "AB-nin gələcək bir tərəfdaşlığa çatmaq üçün çox çalışmağa qərarlı olmadığını görəndə təəccübləndim" deyib.

Frost, İngiltərə Baş naziri Johnson'un sabah danışıqların gələcəyi ilə əlaqədar yanaşmasını açıqlayacağını bildirib.

Ticarət razılaşması üçün hər iki tərəf bir-birindən bəzi əsas məsələlərdə güzəştə getmələrini xahiş edirlər.Balıqçılıq və sahibkarlıq subyektlərinə verilən dövlət subsidiyalarının məhdudiyyəti bu məsələlərdəndir.

Əldə edilməsinə ümid edilən razılaşma, Brexit keçid dövrü 31 dekabrda bitdikdən sonra ticarət əlaqələrini tənzimləyəcək.İngiltərə Baş naziri Johnson keçən ay bir ticarət razılaşmasının 15 Oktyabr tarixindən etibarən əldə edilmədiyi təqdirdə hər iki tərəfin də bunu qəbul etməli və yoluna davam etməli olduğunu bildirib.

Müəllif: Aynur Qəniyeva