Çində bu il ən sürətli böyüməsini sentyabr ayında göstərdikdən sonra ixracatı da dünya miqyasında koronavirus məhdudiyyətlərinin yumuşaldılmasına paralel olaraq idxalı da artdı.
Çinin sentyabr ixracatı analitiklərin ehtimalları istiqamətində keçən ilin eyni ayına nisbətən 9.9% artdı. Avqust ayında isə ixracat 9.5% artmışdı. Çinin idxalı avqust ayında 2.1% düşdükdən sonra sentyabr ayında 13.2% artaraq, böyüməyə başladı. İdxalda analitiklərin proqnozlarından çox güclü artım müşahidə olundu.
Nəticələr onu göstərir ki, Çinli ixracatçılar koronavirus epidemiyasının gətirdiyi durğunluqdan sonra toparlanmağa doğru gedirlər. Eyni zamanda, Çin ixracatçıları iqtisadiyyatın dirçəldiyi bir zamanda, rəqiblərinin istehsal gücünün azalmasından faydalanaraq, ixrac bazarlarında daha çox pay qazanmaq üçün yarışırlar.