DÜNYA

13 Oktyabr

Laqard: Hökümətlər yardımlarını dayandırmamalıdırlar

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard hökümət yardımlarının vaxtından tez dayanadırılması fonunda xəbərdarlıq edib.

Beynəlxalq Valyuta Fondunun təşkilatçılığı ilə bazar ertəsi keçirilən danışıqlarda Laqard, söhbətin dövlət zəmanətlərinin və qısa müddətli iş qaydalarının dayandırılmasından getdiyini açıqlayıb və əlavə edib ki, siyasətçilər iqtisadiyyat yaxşılaşsa da tədbirlər uzun müddət davam etdirilməlidir.

Maliyyə bazarlarında investorlar AMB-nin bu il ərzində növbəti dəfə yeni yumşaq monetar tədbirləri ilə dəstək olacağını proqnozlaşdırsalar da AMB üzvü Filip Leyn son açıqlamaları ilə bu gözləntilərin zəifləməsinə səbəb olmuşdur. Baş iqtisadçı birinci bankın hökümətlərin 2021-ci il üzrə büdcə siyasətlərinin açıqlamalarını gözləyəcəyini demişdir. 

AMB hazırda 1.35 trilyon avro dəyərində istiqraz alışı həyata keçirir və maliyyə bazarlarında həcmin əlavə 500 milyard avro artırılması və proqramın müddətinin 2021-ci ilin sonuna kimi uzadılması ehtimal edilir. Bankın siyasətinə dair növbəti qərarı oktyabrın 29-da olacaqdır. 

Qeyd etmək lazımdır ki, bir müddət öncə AMB üzvü İzabel Şnabel AB-nin Korona Yenidənqurma Fondunun tez bir zamanda həyata keçirilməli olduğunu və imkanların ən məhsuldar və dayanıqlı layihələrə yönəldilməli olduğunu bildirmişdi. İtaliyanın iqtisadiyyat naziri isə fonddan ilk ödənişin 2021-ci ilin yanvarında ola biləcəyini açıqlamışdır.