DÜNYA

12 Oktyabr

Tramp: Mübarizə üçün hazıram

ABŞ prezidenti D.Tramp qatıldığı televiziya proqramında Covid-19 virusundan tamamilə qurtulduğunu, kampaniya fəaliyyətləri üçün özünü tam hazır hiss etdiyini bildirdi.

Amerikan "Fox" xəbər kanalına müsahibə verən Tramp, "İmmunitetim var, prezident mübarizə üçün çox yaxşı vəziyyətdədir" deyib. Bununla yanaşı, prezident sözügedən televiziya proqramında virusun keçici olub-olmadığı mövzusuna aydınlıq gətirməzkən, seçki kampaniyası təbliğatları üçün hazır olduğu mesajını verdi. 

Trampın bu gün seçki mitinqi üçün Floridaya getməsi və hər gün azı bir və ya iki toplantıda seçiciləri ilə görüşü gözlənilir.