DÜNYA

12 Oktyabr

Böyük Britaniyada yeni iqtisadi yardım proqramı

Böyük Britaniya hökuməti koronavirus səbəbindən bağlanması nəzərdə tutulan müəssisələr üçün iqtisadi yardım proqramı hazırlayıb.

Gələn həftə krallıqda daha sərt tədbirlərin elan ediləcəyi və ölkənin ən çox zərər görən bölgələrində kafe və restoranların bağlana biləcəyi açıqlanıb.

Maliyyə naziri Rişi Sunak bağlanacaq müəssisələrdə çalışanların maaşlarının üçdə iki hissəsinin ödəniləcəyini söyləyib. O bildirib ki, əsas məqsəd insanların iş yerlərini qorumaqdır.

Proqramın icrasına noyabrın 1-dən başlanılacaq və altı ay davam edəcək, aylıq maksimum 2100 funt sterlinq maaş veriləcək.